Türkiyə İncirlik Hərbi Hava Qüvvələri Bazasına hücum iddialarını yalan adlandırıb
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Əks-Dezinformasiya Mərkəzi İncirlik Hərbi Hava Bazasına hücum iddialarını yalan elan edib.
"Bəzi sosial mediada yayılan "Türkiyədə Amerika hərbi bazasına hücum edilib" iddiaları yalandır. Türkiyədə heç bir ölkəyə məxsus hərbi baza yoxdur. Türkiyə Respublikasının hava məkanı, quru və dəniz məkanı, eləcə də hərbi obyektləri tamamilə onun suverenliyi və nəzarəti altındadır. Ölkəmizə qarşı heç bir hücum olmayıb və Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərmək üçün edilən məlumatlar və digər cəhdlər açıq-aşkar dezinformasiya aktıdır", - deyə nazirlik açıqlamasında bildirib.
Mərkəz əlavə edib ki, Türkiyənin müdafiə və təhlükəsizlik sistemi tam işlək vəziyyətdədir və müvafiq qurumlar prosesləri real vaxt rejimində izləyir.
Əziz MUSTAFA






















.jpg)



























































