Moskvada iş adamı və keçmiş senator intihar edib

Moskvada iş adamı və keçmiş senator intihar edib

12:52
Bəyəndim (3) Bəyənmədim (0)


Rusiyalı çeçen əsilli iş adamı və keçmiş senator Umar Cəbrayılov Moskvadakı otellərdən birində intihar edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Mash” və “Baza” məlumat yayıb. Cəbrayılovun intihar nəticəsində ölümü RBC-nin mənbəsi tərəfindən də təsdiqlənib.
Mash-ın məlumatına görə, iş adamı Moskvada, Tverskaya küçəsindəki oteldə tapılıb, yanında tapança olub.
Cəbrayılov ağır vəziyyətdə naməlum şəxs kimi xəstəxanaya yerləşdirilib, daha sonra onu mühafizəçilər tanıyıblar.
Hüquq-mühafizə orqanlarındakı TASS mənbəsi Cəbrayılovun ölümündə "cinayət tərkibinin olmadığını" bildirib. Agentliyin həmsöhbəti əlavə edib ki, "intiharın səbəbləri araşdırılır".
Umar Cəbrayılov 28 iyun 1958-ci ildə Qroznıda anadan olub. RBC-nin xatırlatdığına görə, 1997-ci ildə o, Rusiyada ticarət mərkəzlərini – "Oxotnıy Ryad" və "Smolenskiy Passaj", həmçinin "Kuntsevo" yaşayış kompleksini, "Rossiya" otelini və digərlərini idarə edən "Plaza" şirkətlər qrupunun top-meneceri olub.
Almaz Həsənli