Pakistanda etiraz aksiyasında ölənlərin sayı 20-yə çatıb

Pakistanda etiraz aksiyasında ölənlərin sayı 20-yə çatıb

11:17
Bəyəndim (1) Bəyənmədim (0)

Sinxua polis mənbələrinə istinadən xəbər verir ki, Pakistanda ABŞ və İsrailin İrana hücumlarına qarşı etirazlar zamanı ən azı 20 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

İslamabad, Lahor, Peşəvər və Karaçidə genişmiqyaslı etiraz aksiyaları keçirilib. İştirakçılar ABŞ səfirliklərinə keçməyə cəhd ediblər. Agentliyin məlumatına görə, Pakistan paytaxtındakı iğtişaşlarda üç nəfər ölüb.

Dawn qəzeti daha əvvəl Karaçidəki ABŞ konsulluğunun yaxınlığında etirazçılarla polis arasında baş verən toqquşma nəticəsində 10 nəfərin öldüyünü bildirmişdi.

Əziz Mustafa