İRNA: Prezident və Nəzarət Şurasının üzvü müvəqqəti olaraq İrana rəhbərlik edəcək

İRNA: Prezident və Nəzarət Şurasının üzvü müvəqqəti olaraq İrana rəhbərlik edəcək

08:55
Bəyəndim (1) Bəyənmədim (0)

Ali Rəhbər Əli Xameneinin ölümündən sonra İran prezidenti Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri və Nəzarət Şurasının üzvü müvəqqəti olaraq respublikaya rəhbərlik edəcək. Bu barədə İran xəbər agentliyi İRNA məlumat verib.

Onun sözlərinə görə, onlar "Ali Rəhbərin ölümündən sonrakı keçid dövründə" ölkəyə rəhbərlik edəcəklər.

Agentlik bu müddətin nə qədər davam edəcəyini və ya göstərilən şəxslərə hansı konkret səlahiyyətlərin veriləcəyini dəqiqləşdirmir.

Əziz MUSTAFA