Merz Netanyahu ilə telefon danışığı aparıb

Merz Netanyahu ilə telefon danışığı aparıb

1 Mart 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya kansleri Fridrix Merz İrana zərbələrdən sonra İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Bu barədə DPA xəbər agentliyi Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Korneliusa istinadən məlumat yayıb.

Bundan əlavə, Korneliusun sözlərinə görə, Merz həmçinin "bölgədəki digər tərəfdaşlarla" danışıqlar aparıb və mövqeyini Fransa prezidenti Emmanuel Makron və Britaniya baş naziri Keyr Starmerlə razılaşdırıb. Kornelius qeyd edib ki, "Almaniya hökuməti amerikalı tərəfdaşı ilə sıx dialoqdadır".

Nazirlər Kabinetinin nümayəndəsi təfərrüatlar verməyib.

Əziz Mustafa