Dağıstan Daxili İşlər Nazirliyinin keçmiş rəis müavininin yarım milyardlıq əmlakının müsadirə edilməsi tələb olunur

Dağıstan Daxili İşlər Nazirliyinin keçmiş rəis müavininin yarım milyardlıq əmlakının müsadirə edilməsi tələb olunur

12:53
Bəyəndim (1) Bəyənmədim (0)


Baş Prokurorluq Dağıstan Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini Rufat İsmayılova qarşı yarım milyard rubl ( təxm. 11 milyon manat-red.) dəyərində əmlakın müsadirə edilməsi barədə iddia qaldırıb. Oxuməni.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, korrupsiya işi üzrə aparılan prokuror yoxlaması keçmiş məmurda "ümumi dəyəri 533 674 459 rubl" ( təxm. 11,76 milyon manat-red.) olan əmlak aşkar edib. Mənbə qeyd edib ki, bu məbləğ cənab İsmayılovun 2010-2022-ci illər üzrə ümumi gəlirini dəfələrlə üstələyir. Keçmiş nazir müavininin qeyd olunan dövr üzrə bəyan edilmiş gəliri 19,6 milyon rubl ( təxm. 432 min manat-red.) təşkil edib.
Baş Prokurorluq Moskvanın Doroqomilovski Məhkəməsindən cənab İsmayılovun Mahaçqala mənzilindən müsadirə edilmiş gümüş qab-qacaqları – hər biri altı nəfərlik iki çay dəsti, üç nəfərlik araq dəsti, konfet qabı, iki gümüş nimçə, dörd gümüş qrafin və 30 gümüş qədəhi dövlətin gəlirinə keçirməyi xahiş edib. Bundan əlavə – qiymətli zərgərlik əşyaları və Cartier, OMEGA və TAG Heuer brendlərinin səkkiz qol saatı. Mənzildən müsadirə edilmiş əmlak 8,4 milyon rubl ( təxm. 185 min manat-red.) dəyərində qiymətləndirilib. Orada həmçinin 516 min rubl ( təxm. 11,4 min manat-red.) nağd pul tapılıb.
Yoxlama həmçinin müəyyən edib ki, cənab İsmayılov Dərbənd və Mahaçqalada beş binanın, səkkiz torpaq sahəsinin və Moskvada bir mənzilin sahibidir. Daşınmaz əmlak 524 milyon rubl (təxm.11,55 milyon manat-red.) dəyərində qiymətləndirilib. Bundan əlavə, prokurorluq fiqurantla əlaqəli şəxslərin adına rəsmiləşdirilmiş, ümumi dəyəri 15 milyon rubl ( təxm. 330 min manat-red.) olan altı xarici avtomobilin müsadirə edilməsini xahiş edir.
Almaz Həsənli