Qazaxıstan Navalnının keçmiş seçki kampaniyası əməkdaşının Rusiyaya ekstradisiyasını dayandırıb
Arbat-media "Kovçeq" insan haqları təşkilatına istinadən xəbər verir ki, Qazaxıstan Baş Prokurorluğu Aleksey Navalnının Sankt-Peterburqdakı seçki qərargahının keçmiş fəalı Yuliya Yemelyanovanın Rusiyaya ekstradisiyasını dayandırıb.
Məhkəmə fəalın qaçqın statusu üçün müraciətinə baxılana qədər dayandırılıb. Yemelyanovanın işi üzrə növbəti məhkəmə iclası 27 fevrala təyin edilib.
Yemelyanova Rusiya müxalifət lideri Aleksey Navalnının Sankt-Peterburqdakı qərargahının keçmiş işçisidir. Rusiyada ona qarşı 2021-ci ildə oğurluq maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər fəalın guya Sankt-Peterburqda taksi sürücüsündən telefon oğurladığına inanırlar. Yemelyanovanın özü günahını inkar edib və işin saxta olduğunu iddia edib. Məhkəməyə çatanda fəal ölkədən qaçıb.
Keçən il avqustun 31-də o, Almatı hava limanında saxlanılıb. Yemelyanova Qazaxıstandan tranzit olaraq Gürcüstandan Vyetnama uçurdu. Müxalifət fəalı Rusiya tərəfindən dövlətlərarası axtarış siyahısına daxil edildiyi üçün saxlanılıb. Fevralın 11-də Qazaxıstan onu Rusiyaya ekstradisiya etmək niyyətində olduğunu açıqlayıb. Yemelyanova hazırda Almatıdakı istintaq təcridxanasında saxlanılır.
Bu yaxınlarda Qazaxıstan Ali Məhkəməsi də çeçen fəalı Mansur Movlayevin Rusiyaya ekstradisiyası qərarını dondurub və qaçqın statusu yenidən nəzərdən keçirildiyi müddətdə onu daha bir ay həbsdə saxlayıb.
Əziz MUSTAFA





















.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)























