Пакиstan taliblərə "açıq müharibə" elan edib və Əfqanıstanın paytaxtına zərbə endirib
Pakistanın müdafiə naziri Xavaca Asif Əfqanıstandakı talib hökumətinə qarşı "açıq müharibəyə" keçdiyini bəyan edib. "Səbrimiz tükəndi. İndi sizinlə açıq müharibəmiz olacaq. İndi bu, qanlı müharibə olacaq. Pakistan ordusu dənizdən gəlməyib. Biz sizin qonşularınızıyıq", - Asif X sosial şəbəkəsində yazıb. O, talibləri "Əfqanıstanı Hindistanın koloniyasına çevirməkdə", ölkədə "dünyanın hər yerindən terrorçuları toplamaqda və terrorizmi ixrac etməyə başlamaqda" ittiham edib.
Nazirin bəyanatı ilə eyni vaxtda Pakistan Əfqanıstanın bir neçə şəhərinə, o cümlədən ölkənin paytaxtı Kabula aviazərbələr endirib. Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. Əfqanıstan paytaxtının sakinləri ötən gecə bir neçə dəfə güclü partlayışların baş verdiyini bildiriblər. Bundan sonra İslamabadda "Taliban" hərəkatının 27 mövqeyinin məhv edildiyi və daha 9 mövqeyinin ələ keçirildiyi bildirilib. Həmçinin, Pakistan tərəfinin məlumatına görə, Əfqanıstanın 133 hərbçisi öldürülüb, 200-dən çoxu isə yaralanıb. Bundan əlavə, "Geo News" telekanalı Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın Nangarhar əyalətindəki böyük sursat anbarına zərbələr endirdiyini bildirib.
Bundan əvvəl "Taliban" Pakistanın hücumlarına cavab olaraq Pakistanın sərhəd əyalətlərində hərbi əməliyyatlara başladığını elan edib. Əfqanıstan tərəfinin məlumatına görə, hərbçilər sərhəd boyunca Pakistanın bir bazasını və 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib, həmçinin 55 hərbçini öldürüb. Pakistan və Əfqanıstan arasında sərhəd zonasında silahlı toqquşmalar iki gün əvvəl baş verib. Tərəflər bunda bir-birini günahlandırıblar. Ötən həftə sonu Pakistan Əfqanıstana da aviazərbələr endirib. İslamabad ən azı 80 yaraqlının məhv edildiyi iddia edib, Kabulda isə dini məktəbə və yaşayış binalarına zərbələr endirildiyi bildirilib ki, bunun nəticəsində təkcə Nangarharda ən azı 17 nəfər həlak olub. Ötən ilin payızında ölkələr Qətər və Türkiyənin vasitəçiliyi ilə Dohada keçirilən danışıqların yekunlarına əsasən atəşkəs barədə razılığa gəliblər.
İslamabad Kabulu Pakistanda hücumlar həyata keçirən silahlı qruplaşmalara qarşı hərəkətsizlikdə ittiham edir. Talib hökuməti bunu inkar edir. Əfqanıstan və Pakistan 1947-ci ildən, İslamabad Britaniya Hindistanının bölünməsindən sonra müstəqillik qazandığı vaxtdan bəri sərhəd mübahisəsi aparır. Ölkələr arasındakı sərhəd 1893-cü il sazişi ilə müəyyən edilmiş 2,6 min km uzunluğunda olan Dürand xətti adlanan xətt boyunca keçir. Lakin Kabil bunu Əfqanıstanı tarixi Puştun ərazilərinin bir hissəsindən məhrum edən müstəmləkə sərhədi hesab edir. Heç bir Əfqanıstan hökuməti Durand Xəttini tanımayıb.
Almaz Həsənli




















.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)
























