ABŞ və Ukrayna Cenevrədə iqtisadi məsələləri və təhlükəsizlik zəmanətlərini müzakirə ediblər
ABŞ və Ukrayna Cenevrədə keçirilən danışıqlar zamanı təhlükəsizlik zəmanətlərini və iqtisadi aspektləri müzakirə etdilər. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov öz Telegram kanalında məlumat verib.
O bildirib ki, danışıqlar iki formatda baş tutub: Amerika tərəfi ilə ayrıca görüş və ABŞ və İsveçrənin iştirakı ilə üçtərəfli görüş.
"Xüsusi diqqət iqtisadi bloka və Ukraynanı dəstəkləmək üçün uzunmüddətli mexanizmlərə yönəldilib. Hökumətin iqtisadi qrupu, xüsusən də Aleksey Sobolev və amerikalı tərəfdaşlarımızla birlikdə Ukraynanın bərpası ilə bağlı sənədi hərtərəfli hazırladıq", - Umerov yazıb.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri vurğulayıb ki, təhlükəsizlik parametrlərinin, iqtisadi qərarların və razılaşdırılmış mövqelərin yekunlaşdırılması üzərində iş gedir və bu, gələcək razılaşmalar üçün əsas təşkil etməlidir. O əlavə edib ki, məqsəd ABŞ və Rusiyanın iştirak etdiyi növbəti üçtərəfli görüşü mümkün qədər məzmunlu etməkdir.
Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli görüş mart ayında Əbu-Dabidə baş tuta bilər.
Əziz MUSTAFA

















.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)




























