Ailəsi Stiven Hokinqin bikinili qızlarla çəkilmiş fotosundan sonra susqunluğunu pozdu
Həyatı boyu əlil arabasına məhkum olan britaniyalı professor Stiven Hokinqin ailəsi pedofil maliyyəçi Ceffri Epşteynin fayllarından “The Sun” qəzetində dərc olunan məlumatdan sonra susqunluğunu pozub. Oxuməni.az “aif.ru”ya istinadla xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Daha əvvəl The Sun, nüfuzdan düşmüş maliyyəçinin işi ilə bağlı sənədlərdən bir mesajı açıqlamışdı, burada Epşteynin iddia etdiyinə görə, Britaniyanın keçmiş şahzadəsi Endryu Mauntbetten-Vindzoru təcavüzdə ittiham edən Virciniya Cuffre Hokinqə qarşı da ittihamlar irəli sürəcəkdi.
"Virciniyanın dostlarından, tanışlarından və ya qohumlarından hər hansı birinə onun ittihamlarının yalan olduğunu sübut etməyə kömək edəcək hər kəsə mükafat təyin edə bilərsiniz. Ən güclü sübut Klintonla şam yeməyi və Virgin adalarında Stiven Hokinqin yetkinlik yaşına çatmayanlarla orqiyada iştirak etməsi barədə yeni versiyadır", – guya Epşteynin belə yazıb.
Professorun ailəsinin nümayəndəsi bu iddiaları təkzib edərək, Hokinqin yaraşmayan davranışı ilə bağlı hər hansı bir işarənin "səhv və son dərəcə uydurma" olduğunu bildirib.
"Professor Hokinq XX əsr fizikasının inkişafına ən böyük töhfələrdən birini verib, eyni zamanda o, amiotrofik lateral sklerozla – onu süni tənəffüs aparatından, nitq sintezatorundan, əlil arabasından istifadə etməyə və 24 saat tibbi yardım almağa məcbur edən ağır xəstəliklə ən uzun müddət yaşamış şəxsdir", – ailənin nümayəndəsi bildirib.
Daha əvvəl “The Sun” qəzeti fotodakı bikinili qızların Hokinqin baxıcıları ola biləcəyini yazmışdı.
Almaz Həsənli
































.jpg)
.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)













