Böyük Britaniyada ilk Ukrayna hərbi zavodu fəaliyyətə başladı
Böyük Britaniyanın ərazisində Ukraynanın ilk zərbə pilotsuz təyyarələrinin istehsalı zavodu fəaliyyətə başlayıb. Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Ukraynanın səfiri, Ukrayna Silahlı Qüvvələrinin (USQ) sabiq baş komandanı Valeri Zalujnı məlumat verib.
Onun Telegram-dakı paylaşımından göründüyü kimi, istehsal kompleksi Ukraynanın "yüksək texnologiyalı müharibə şəraitində pilotsuz təyyarələrinin effektivliyini uzun müddətdir sübut etmiş" Ukrspecsystems şirkətinə məxsusdur. Zalujnı qeyd edir ki, şirkətin mühəndislik mərkəzi Ukraynada qalacaq, istehsal xətləri isə Böyük Britaniyaya köçürüləcək.
"Böyük Britaniyada istehsalın başlaması dərin strateji məna kəsb edir. Bu, Ukraynadan mərkəzin köçürülməsi deyil. Bu, ümumi imkanlarımızın genişləndirilməsi və istehsalın davamlılığını təmin edən ikinci dayanıqlıq konturunun yaradılmasıdır", - deyə Ukrayna səfiri vurğulayıb və xatırladıb ki, "Ukrayna daimi raket zərbələri, infrastrukturun dağıdılması və istehsal üçün təhlükə şəraitində döyüşür".
Bununla da "müttəfiqlər yalnız bir-birini dəstəkləmir, həm də ümumi təhlükəsizlik sənaye bazası formalaşdırırlar", - deyə Zalujnı əlavə edib. Eks-baş komandanın sözlərinə görə, Ukrayna üçün bu birgə müəssisə "mövcudluq və uzunmüddətli planlaşdırma imkanı" deməkdir, Böyük Britaniya üçün isə yeni iş yerləri və real döyüş əməliyyatları ilə sınaqdan keçmiş texnologiyalara çıxış sayəsində öz müdafiə sənayesinin gücləndirilməsi deməkdir.
Ukrayna və Böyük Britaniyanın birgə istehsalı barədə razılığın əldə olunması barədə 2025-ci ilin iyun ayının sonunda Ukrayna prezidenti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşünün yekunlarına əsasən məlumat verib. Ukrayna prezidentinin sözlərinə görə, belə bir əməkdaşlıq Ukraynaya "vacib layihələrin, ilk növbədə isə dron-interseptorlar və zərbə pilotsuz təyyarələrinin istehsalı üçün sabit maliyyələşdirmə almağa" kömək edəcək.
Almaz Həsənli
























.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)























