Rubio: İran qitələrarası ballistik raket hazırlamağa çalışır
ABŞ dövlət katibi Marko Rubio İranın ABŞ üçün çox ciddi təhlükə yaratdığını bildirib. O, əlavə edib ki, Tehran qitələrarası ballistik raket hazırlamağa çalışır.
"Deyərdim ki, İranın ballistik raketləri müzakirə etməkdən davamlı olaraq çəkinməsi çox, çox böyük bir problemdir", cənab Rubio son ABŞ-İran danışıqları ərəfəsində deyib (AFP-dən sitat). O, görüşün məhsuldar olacağına və tərəflərin "yalnız nüvə proqramından daha çoxunu müzakirə etməli olacağına" ümid etdiyini bildirib.
Marko Rubio həmçinin jurnalistlərin ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı sualına cavab verib. "Prezident hələ bu barədə qərar verməyib, ona görə də cümə axşamının əsas tarix olub-olmadığını bilmirəm. Düşünürəm ki, irəliləyiş əldə edilməlidir", o deyib.
25 fevralda ABŞ prezidenti Donald Tramp İranın artıq Avropanı və xaricdəki ABŞ hərbi bazalarını təhdid edə biləcək raketlər hazırladığını bildirib. Onun sözlərinə görə, Tehran hazırda ABŞ-a çata bilən raketlər yaratmaq üzərində işləyir.
Əziz MUSTAFA


















.jpg)
.jpg)
.jpg)


























.jpg)
.jpg)
.jpg)

































