Qazaxıstanda Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb
Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Su-30SM qırıcı təyyarəsi Qarağanda bölgəsində qəzaya uğrayıb.
Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə bu gün, 25 fevralda, planlaşdırılmış təlim uçuşu zamanı baş verib. Ekipaj dərhal katapultasiya edib - pilotlar sağdır və həyatları və sağlamlıqları üçün heç bir təhlükə yoxdur. Hazırda onlar tibbi müşahidə altındadırlar.
"Hadisənin səbəblərini və şəraitini müəyyən etmək üçün uçuş təhlükəsizliyi şöbəsinin müdirinin rəhbərlik etdiyi xüsusi komissiya yaradılıb. Tərkibinə müvafiq aviasiya xidməti mütəxəssisləri daxildir. İstintaqın nəticələrinə əsasən hüquqi qiymətləndirmə aparılacaq və prosedur qərarı veriləcək", - deyə açıqlamada bildirilir.
Əziz MUSTAFA
Digər xəbərlər


























.jpg)
.jpg)
.jpg)





















































