Bill Qeyts rus qadınlarla evlilikdən kənar münasibətlərini etiraf edib

Bill Qeyts rus qadınlarla evlilikdən kənar münasibətlərini etiraf edib

13:26
Bəyəndim (3) Bəyənmədim (0)

Amerikalı milyarder və Microsoft-un qurucusu Bill Qeyts evli olarkən, o cümlədən rus qadınlarla eşq macəraları yaşadığını etiraf edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) qəzeti yazır.

Jurnalistlərin məlumatına görə, Qeyts iki rus qadınla münasibəti olduğunu bildirib.

Milyarder təfərrüatları bölüşərək deyib: «Mən kənarda romanlar qururdum, rus bric oyunçusu ilə... və rus nüvə fiziki ilə».

Bundan əlavə, Qeyts qalmaqallı maliyyəçi Cefri Epşteynlə vaxt keçirdiyini etiraf edib. Lakin o, Epşteynin cinayətlərində iştirak etmədiyini vurğulayıb.

O, tövbə edərək deyib: "Mən qanunsuz heç nə etməmişəm... Epşteynlə vaxt keçirmək böyük bir səhv idi."

Yanvarın sonunda ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə və seks ticarətində ittiham olunan Epşteynin işi ilə bağlı 3 milyon arxiv materialını açıqlayıb. Bu sənədlərdə, xüsusən də, Bill Qeytsin müəyyən qızlarla intim əlaqələrini gizlətmək cəhdləri haqqında şəxsi yazışmaların təfərrüatları yer alır. Həmçinin bu əlaqələrin nəticələrini müalicə etmək üçün tibbi preparatların istifadəsi də qeyd olunur.

Almaz Həsənli