Türkiyədə F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub
Türkiyənin Balıkesir əyalətinin qubernatoru İsmayıl Ustaoğlu 9-cu Hava Bazasına təyin olunmuş F-16 qırıcı təyyarəsinin qəzaya uğradığını açıqlayıb. Pilot həlak olub. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.
Qubernatorun sözlərinə görə, qəza Bakı vaxtı ilə saat 01:50 radələrində planlaşdırılmış missiyanı yerinə yetirərkən baş verib. O, sosial media platforması X-də qurbanın ailəsinə başsağlığı verib.
Yeni Akit xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi qırıcı təyyarənin qəzaya uğradığını təsdiqləyib. Hərbçilər axtarış-xilasetmə əməliyyatına başlayıb və təyyarənin qalıqlarını çıxarıblar. Nazirlik bildirib ki, qəzanın səbəbini hava qəzası ilə bağlı araşdırma komissiyası müəyyən edəcək.
Əziz MUSTAFA
Digər xəbərlər















.jpg)
.jpg)
.jpg)































































