Litva Ukraynaya daşına bilən hava hücumundan müdafiə sistemləri üçün 30 raket təhvil verəcək

Litva Ukraynaya daşına bilən hava hücumundan müdafiə sistemləri üçün 30 raket təhvil verəcək

07:52
Bəyəndim (3) Bəyənmədim (0)

Vilnüs RBS-70 daşına bilən hava hücumundan müdafiə sistemi üçün bir dəstə raketi Kiyevə təhvil verir. Bu barədə Baltik respublikasının Müdafiə Nazirliyi 24 fevralda məlumat verib.

Ukrayna RBS-70 daşına bilən hava hücumundan müdafiə sistemi üçün 30 raket alacaq. "Ukrayna üçün bu, hava hücumundan müdafiəsini gücləndirən çox vacib bir silahdır", Litva müdafiə naziri Robertas Kaunas hesab edir.

Litva hökuməti 2025-ci ildə Ukraynaya hərbi yardım üçün 223 milyon avro ayırıb. 2024-cü ildə Litva müdafiə və təhlükəsizlik ehtiyacları üçün hər il ümumi daxili məhsulunun 0,25%-ni və ya təxminən 190 milyon avronu Kiyevə ayırmağı öhdəsinə götürüb. Vilnüs bu öhdəliyi 2025-ci ildə də təkrarlayıb.
Əziz MUSTAFA