FT: ABŞ-ın hərbi potensialı İrana 4-5 günlük intensiv zərbələr üçün kifayətdir

FT: ABŞ-ın hərbi potensialı İrana 4-5 günlük intensiv zərbələr üçün kifayətdir

15:23
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın hazırkı hərbi potensialı yalnız İrana 4-5 günlük intensiv zərbələr üçün kifayət edəcək. Bu barədə Britaniyanın Financial Times qəzeti İsrail kəşfiyyatına istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, daha az intensiv zərbələrlə ABŞ-ın hərbi imkanları, hətta USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin Yaxın Şərqə köçürülməsini nəzərə alsaq belə, bir həftəyə çatacaq.

Nəşr həmçinin qeyd edib ki, münaqişənin başlanması ABŞ hərbçiləri arasında itkilərə səbəb ola bilər ki, bu da MAGA (Amerikanı Yenidən Böyük Edək) seçicilərinə zərər verə bilər.

Fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə danışıqlarının ikinci mərhələsi keçirilib. İran Xarici İşlər Nazirliyi gələcək nüvə sazişinin layihəsinə daxil edilə biləcək bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edildiyini bildirib. Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini bildirib, lakin Tehran hələ Ağ Ev tərəfindən irəli sürülən bir sıra mövqeləri qəbul etməyə hazır deyil. İsrail və ABŞ əvvəllər İslam Respublikasının təkcə nüvə proqramından deyil, həm də Yaxın Şərqdə ballistik raket istehsalından və İranpərəst qüvvələrə dəstəkdən imtina etməsində israr ediblər. İran və ABŞ nümayəndə heyətləri arasında yeni görüşlərin 26 fevralda Cenevrədə keçirilməsi gözlənilir.

Əziz MUSTAFA