RG: Pavel Durov terrorçuluğa kömək etməkdə şübhəli bilinir
Telegram-ın qurucusu Pavel Durovun hərəkətləri terrorçuluğa kömək etməklə bağlı cinayət işi üzrə istintaqın predmeti olub. Oxuməni.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” (RG) Federal Təhlükəsizlik Xidmətinin (FTX,FSB) materiallarına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, 2022-ci ildən Rusiyada messencer vasitəsilə 153 mindən çox cinayət qeydə alınıb ki, bunlardan 33 mini diversiya-terrorçu və ekstremist xarakterli olub, o cümlədən partlayışların təşkili, hərbi komissarlıqların yandırılması və qətllər.
Agentliyin məlumatına görə, 2024-cü ilin martında “Krokus Siti Holl”da törədilən terror aktı Telegram vasitəsilə koordinasiya edilib. FTX-nin məlumatına görə, messencer analitikasından istifadə edərək, cinayətkarlar yüksək rütbəli hərbçilərin, bloqqerlərin və jurnalistlərin hərəkətləri haqqında məlumat toplayıblar, onlar sonradan cinayətlərin qurbanı olublar. Bundan əlavə, xüsusi xidmət orqanları Telegram vasitəsilə hazırlanan 475 terror aktının qarşısının alındığını bildiriblər.
Fevralın 10-dan Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) Telegram-ın sürətini azaltmaq üçün tədbirləri gücləndirib. Tənzimləyici, şirkət serverləri Rusiyada yerləşdirməsə və “Rusiya qanunvericiliyini icra etməsə”, məhdudiyyətləri davam etdirəcəyini vəd edib. Rəqəmsal İnkişaf Nazirliyinin bildirdiyinə görə, xarici xüsusi xidmət orqanları Telegram-da əldə edilən məlumatlardan Rusiya ordusuna qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edirlər. Messencer bütün ittihamları rədd edib.
Almaz Həsənli



























































.jpg)
.jpg)
.jpg)



















