Kim Çen In 13 yaşlı qızını raket idarəsinə rəhbər təyin etdi

Kim Çen In 13 yaşlı qızını raket idarəsinə rəhbər təyin etdi

11:15
Bəyəndim (2) Bəyənmədim (0)

Şimali Koreya lideri Kim Çen In, 13 yaşlı qızı Kim Çu E-ni Şimali Koreyanın nüvə qüvvələrinə cavabdeh olan raket idarəsində mühüm vəzifəyə təyin edib.

Oxuməni.az xəbər verir ki, bu məlumatı “Newsweek” yayımlayıb.

Qeyd olunur ki, Kim Çu E Şimali Koreya Xalq Demokratik Respublikasının ballistik raketlərinin hazırlanması və sınaqlarına nəzarət edən bu qurumun direktoru ilə ekvivalent bir vəzifəyə gətirilib. Bu vəzifəyə əvvəllər 2023-cü ilin sonlarında təyin olunan Çan Çan Xa rəhbərlik edirdi.

Məlumata görə, generallar artıq onun üçün təlimlər keçirir və bəzi hallarda o, hətta əmrlər də verir.

Qız daha tez-tez ictimaiyyət qarşısına çıxır – o, atasını hərbi tədbirlərdə və raket sınaqları zamanı mütəmadi olaraq müşayiət edir. Bu, onun KXDR liderinin potensial varisi kimi qəbul edilə biləcəyi barədə daha çox fərziyyələrə səbəb olur.

Daha əvvəl Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Kim Çu E-ni ölkənin gələcək lideri rolunda "ən ehtimal olunan namizəd" adlandırmışdı. Lakin ekspertlər vurğulayırlar ki, Şimali Koreyada varislik məsələsi qeyri-müəyyən olaraq qalır və hakimiyyət uğrunda daxili mübarizədən, xüsusilə də Kim Çen Inın bacısı Kim Yo Çjonun rolundan asılıdır.

Almaz Həsənli