2022-ci ildən bəri Almaniya Ukraynaya təxminən 94 milyard avro yardım göstərib
24 fevral 2022-ci ildən bəri Almaniya Ukraynaya təxminən 39 milyard avro humanitar yardım və 55 milyard avro hərbi yardım göstərib. Bu məlumatı Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius jurnalistlər üçün keçirilən brifinqdə təqdim edib.
"24 fevral 2022-ci ildən bəri Almaniya hökuməti təxminən 39 milyard avro humanitar yardım ayırıb və 55 milyard avro hərbi yardım göstərib. Buna görə də Almaniya hazırda həm humanitar, həm də hərbi yardım baxımından [Ukraynaya] ən böyük ikitərəfli donordur", - deyə o xatırladıb.
30 iyul 2025-ci ildə Almaniya hökuməti 2026-cı il üçün federal büdcə layihəsini təsdiqlədi. Bu büdcəyə əsasən, xərclərin 520,5 milyard avro, bunun isə Ukraynaya yardımın təxminən 9 milyard avro təşkil edəcəyi bildirilir.
Əziz MUSTAFA



























.jpg)
.jpg)
.jpg)



























.jpg)























