ABŞ Suriyadakı Kasrak bazasından qüvvələrini çıxarmağa başlayıb
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şimal-şərqində, əl-Həsəkə vilayətindəki Kasrak bazasından qüvvələrini çıxarmağa başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Syria TV” Suriya televiziyası məlumat yayıb.
“Amerika qoşunları əl-Həsəkə vilayətindəki Kasrak bazasından çıxmağa başlayıb və İraq Kürdüstanına doğru hərəkət edir”, – televiziya kanalı bildirir.
Qərb koalisiyası qüvvələri 15 fevral tarixində əl-Həsəkə vilayətindəki aş-Şəddadi bazasını tərk edib. Bir neçə gün əvvəl isə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) At-Tanf bazasından qoşunlarının tamamilə çıxarıldığını və bazanın nəzarətinin Suriya ordusuna verildiyini təsdiqləmişdi.
Almaz Həsənli
Digər xəbərlər



























.jpg)
.jpg)
.jpg)



























.jpg)























