9000-dən çox qazax zabiti Rusiya universitetlərində təhsil alıb
Rusiyanın Qazaxıstandakı səfirliyinin müdafiə attaşesi Gennadi Sulimuk jurnalistlərə verdiyi açıqlamada bildirib ki, 9000-dən çox qazax zabiti Rusiya universitetlərində təhsil alıb.
Onun sözlərinə görə, Rusiya ilə Qazaxıstan arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik ildən-ilə möhkəmlənir.
. O, Rusiya Müdafiə Nazirliyinin vacib vəzifəsi kimi Qazaxıstanın təhlükəsizlik orqanları üçün Rusiya hərbi təhsil müəssisələrində kadrların hazırlanmasını göstərib.
"Qazaxıstan hərbi qulluqçularının təhsil müəssisələrimizdə təlimi yalnız pulsuz və subsidiyalı əsaslarla həyata keçirilir. Əməkdaşlığımız müddətində doqquz mindən çox zabit təlim keçib. Hazırda 800-dən çox hərbi qulluqçu təhsil alır", - deyə Gennadi Sulimuk bildirib.
Əziz MUSTAFA
Digər xəbərlər


























.jpg)
.jpg)
.jpg)



























.jpg)

















.jpg)






