Ermənistanda 19 yaşlı müqaviləli hərbi qulluqçu öldürülüb

Ermənistanda 19 yaşlı müqaviləli hərbi qulluqçu öldürülüb

13:08
Bəyəndim (3) Bəyənmədim (0)


Sevanda 19 yaşlı müqaviləli hərbi qulluqçu Aram Xaçatryanın qətli ilə bağlı iki nəfər həbs edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Baş Prokurorluqdan məlumat verilib.
İstintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları N.M. və A.M.-i bir ay müddətinə həbs ediblər. Onlara qarşı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Bildirilir ki, həbs edilənlər yetkinlik yaşına çatmayıblar.
Almaz Həsənli