FT: İran Rusiyadan DZRK və minlərlə portativ raket alacaq
İran Rusiya ilə üç il ərzində 500 milyon avroya 500 ədəd “Verba” mobil buraxılış sistemi (Daşınan Zenit Raket Sistemləri (DZRK) və təxminən 2500 ədəd 9M336 portativ hava hücumundan müdafiə raketi almaq barədə razılığa gəlib. Moskva və Tehran müvafiq müqaviləni 2025-ci ilin dekabrında imzalayıblar.
Oxuməni.az-ın məlumatına görə, bu barədə Financial Times (FT) bazar günü müqavilənin təfərrüatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
FT mənbələrinə görə, Tehran ötən ilin iyul ayında ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri fonunda Moskvadan portativ raketlərin alınmasını istəyib.
17 yanvar 2025-ci ildə Rusiya və İran iqtisadi və hərbi əməkdaşlıq da daxil olmaqla münasibətləri dərinləşdirmək məqsədi daşıyan strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar. 2026-cı ilin fevral ayının ortalarında Rusiya Müdafiə Nazirliyi Rusiya və İranın donanmalarının Oman körfəzində birgə manevrlər keçirdiyini bildirib.
Almaz Həsənli





















.jpg)
.jpg)
.jpg)



























.jpg)

















.jpg)
.jpg)
.jpg)










