Avropa Komissiyası ABŞ ilə 15% tarif sazişini qorumaq niyyətində olduğunu açıqladı
Avropa Birliyi bütün Aİ ölkələri üçün 15% tariflər üzrə ABŞ ilə bağlanmış sazişdən çıxmaq niyyətində deyil. Lakin Aİ Tramp administrasiyasından gələcək ticarət siyasəti ilə bağlı aydınlıq gözləyir. Bu, ABŞ Ali Məhkəməsinin ABŞ administrasiyası tərəfindən əksər ölkələrə tətbiq edilən tariflərin qanunsuz olması barədə qərarından sonra Avropa Komissiyası tərəfindən elan edilib.
"Saziş sazişdir. ABŞ-ın ən böyük ticarət tərəfdaşı olaraq, Aİ ABŞ-ın Birgə Bəyanatda göstərilən öhdəliklərini yerinə yetirməsini gözləyir", - Aİ-nin mətbuat açıqlamasında deyilir.
Mətbuat açıqlamasında ABŞ Ali Məhkəməsinin qərarının "ədalətli, balanslı və qarşılıqlı faydalı transatlantik münasibətlərə" zidd olduğu bildirilir. Eyni zamanda, Avropa Komissiyası Donald Trampın qlobal tarifləri 10%-dən 15%-ə qaldırmaq planlarından narazılığını bildirib. Bəyanatda qeyd olunur ki, gözlənilməz tarif dəyişiklikləri "dağıdıcı güc qazanır, bazarın inamını və sabitliyini sarsıdır".
20 fevralda ABŞ Ali Məhkəməsi prezidentin 1977-ci il qanunundan istifadə edərək tariflər tətbiq etməsinin onun səlahiyyətlərini aşdığına qərar verdi. Qanun milli fövqəladə hallarda tətbiq olunur. Buna cavab olaraq Donald Tramp "bütün ölkələr üçün" ABŞ idxalına 10% əlavə tariflər tətbiq etdi. Daha sonra o, 15%-ə qədər artım elan etdi.
Əziz Mustafa


















.jpg)
.jpg)
.jpg)


























.jpg)

















.jpg)
.jpg)
.jpg)





.jpg)








