Tramp Pentaqona UNO sənədlərini açıqlamağı tapşırıb
ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə yadplanetlilərin həyatı və Uçan naməlum obyektlərlə (UNO) bağlı hökumət sənədlərini açıqlamağı tapşırıb.Oxuməni.az xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”-da məlumat verib.
Prezident öz qərarını "bu məsələyə böyük maraq" ilə izah edib.
Tramp həmçinin bu son dərəcə mürəkkəb, lakin olduqca maraqlı və vacib məsələlərlə bağlı hər hansı digər məlumatı açıqlamağı tapşırıb.
ABŞ-da son illərdə UNO-lar və naməlum hava hadisələri haqqında məlumatların qismən açıqlanması üçün bir neçə dəfə addımlar atılıb. Bir gün əvvəl Tramp sələfi Barak Obamanı yadplanetlilərin mövcudluğu ilə bağlı son sözlərindən sonra məxfi məlumatları yaymaqda ittiham edib.
Hazırkı prezident Obamanın "böyük səhv etdiyini" düşünür.
Daha əvvəl ABŞ-ın keçmiş prezidenti yadplanetlilərin mövcudluğunu qəbul etmiş, lakin onları heç vaxt görmədiyini etiraf etmişdi. Obama, şayiələrə baxmayaraq, digər planetlərin sakinlərinin 51-ci Zonda saxlanılmadığını bildirib. Onun sözlərinə görə, orada heç yeraltı bazalar da yoxdur.
2011-ci ilin noyabrında Ağ Ev yadplanetli sivilizasiyaların insanlarla təmasda olduğuna dair sübutlara malik olması barədə məlumatı rəsmi olaraq təkzib etmişdi. Dövlət başçısının administrasiyası yadplanetlilər haqqında məlumatların ictimaiyyətdən gizlədilməsinə dair heç bir təsdiqin olmadığını da izah etmişdi.
Almaz Həsənli



.jpg)

















.jpg)
.jpg)
.jpg)





.jpg)






















.jpg)
.jpg)
.jpg)





























