Belarus "Sülh Şurası" iclası üçün viza ala bilməyib
Belarus nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın fevralın 19-da keçirilən "Sülh Şurası"nın təsis iclasında iştirak etmək üçün viza almayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Bütün lazımi bildirişlər Amerika protokol xidmətlərinə müəyyən edilmiş qaydada göndərilib, viza rəsmiləşdirilməsi üçün sənədlər əvvəlcədən təqdim edilib. Lakin bizim tərəfimizdən tələb olunan bütün prosedurların yerinə yetirilməsinə baxmayaraq, Belarus nümayəndə heyətinə vizalar verilməyib", - deyə nazirlikdən bildirilib.
Minskı Xarici İşlər Naziri Maksim Rıjenkov təmsil etməli idi.
Xarici siyasət idarəsindən xatırladıblar ki, iclasda iştirak etmək üçün ilkin dəvət Belarus rəhbəri Aleksandr Lukaşenkoya göndərilmişdi.
"Sülh Şurası"nın iclası Vaşinqtonda keçirilib, iclasda 47 dövlətin nümayəndələri iştirak edib.
Almaz Həsənli



.jpg)
















.jpg)
.jpg)
.jpg)





.jpg)






















.jpg)
.jpg)
.jpg)






























