ABŞ qanunsuz immiqrantlarla mübarizə ilə əlaqədar Özbəkistan vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib

ABŞ qanunsuz immiqrantlarla mübarizə ilə əlaqədar Özbəkistan vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib

11:20
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ hakimiyyəti ABŞ-a qanunsuz immiqrasiyanı asanlaşdırdığı iddia edilən Özbəkistan vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Sənədə əsasən, viza məhdudiyyətləri "Özbəkistanda yerləşən və vizaların verilməsinə kömək edən iki şirkətin rəhbərlərinə və yüksək vəzifəli nümayəndələrinə" tətbiq edilib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, bu şəxslər "bilərəkdən əsasən ABŞ-a qanunsuz miqrasiya etməyi planlaşdıran əcnəbilər üçün nəzərdə tutulmuş səyahət xidmətləri göstəriblər".

Sənəddə adı çəkilən şirkətlərin adları, eləcə də məhdudiyyətlərə məruz qalan Özbəkistan vətəndaşlarının adları sadalanmayıb.

Əziz Mustafa