Tramp Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadır

Tramp Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadır

10:28
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Federal Reyestrində dərc olunmuş sənədə görə, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı bir sıra sanksiyaları özündə birləşdirən milli fövqəladə vəziyyət elanını bir il müddətinə uzatmaq qərarına gəlib.

O, sənəddə yazıb: "Mən 13660 nömrəli İcra Fərmanı ilə müəyyən edilmiş milli fövqəladə vəziyyət elanını bir il müddətinə uzadıram."

Bu bəyannamə ABŞ prezidentlərinin 2014, 2018 və 2022-ci illərdəki icra fərmanları ilə tətbiq edilmiş bir sıra Rusiya əleyhinə sanksiyaları genişləndirir.

Ukraynadakı hadisələrlə əlaqədar fövqəladə vəziyyət elanı ABŞ-da 2014-cü ildə tətbiq edilib. Daha sonra ABŞ Prezidenti Barak Obamanın 6 mart 2014-cü ildə dərc edilmiş 13660 nömrəli İcra Fərmanı "Ukraynadakı hadisələrdə iştirak edən müəyyən şəxslərin" əmlakının dondurulmasını tələb edirdi. Əvvəlcə sanksiyalar Rusiyanın Krımı ilhaq etməsinə kömək edənləri hədəfə alırdı. Daha sonra, Trampın ilk prezidentliyi və Co Baydenin prezidentliyi dövründə bu rejim çərçivəsində bu cür sanksiyaların siyahısı bir neçə dəfə genişləndirildi.

Əziz Mustafa