Zelenski: Danışıqların yeni raundu yenidən İsveçrədə keçiriləcək
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundu yenidən İsveçrədə keçiriləcək. Oxuməni.az xəbər verir ki, o, bu barədə jurnalist Pirs Morqana verdiyi müsahibədə deyib. Müsahibə18 fevral axşamı YouTube-da yayımlanıb.
"Növbəti görüş də İsveçrədə olacaq. Bu, bu gün malik olduğum məlumatdır. Əlbəttə ki, bizim qrupumuz qayıdacaq və məndə indi telefonla olduğundan daha ətraflı məlumat olacaq", –Azadlıq Radiosunun Ukrayna xidməti onun sözlərini sitat gətirir.
Zelenski qeyd edib ki, İsveçrədə danışıqlar "yaxşı məqamdır": "Bu, çox vacibdir. Mən həmişə Yaxın Şərqə və digər ölkələrə hörmətlə yanaşaraq bunu deyirəm, lakin hesab edirəm ki, əgər müharibə Avropadadırsa, sülh danışıqları da Avropada olmalıdır".
Ukrayna Prezidenti danışıqların növbəti raundunun dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb. Çərşənbə günü axşam müraciətində o, danışıqların fevralın sonuna qədər baş tuta biləcəyini ehtimal edib. Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski yeni görüşün yaxın vaxtlarda keçiriləcəyini bildirmişdi.
Almaz Həsənli



.jpg)






















.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)


















