Tramp 60 ildən sonra ilk dəfə prezident təyyarəsinin yenidən rənglənməsini tələb edib
Yeni prezidentlik təyyarəsi Donald Trampın sevimli rənglərinə, yəni qırmızı, ağ və tünd göy rənglərinə boyanacaq.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə “Fox News” telekanalı ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Yenilənmiş dizaynda qızılı zolaq da olacaq. Bu rəngləmə bütün nümayəndəlik təyyarələrinə, o cümlədən “Air Force One”kimi istifadə üçün yenidən qurulacaq iki Boeing VC-25B təyyarəsinə tətbiq ediləcək.
Air Force One ("Bir nömrəli bort") ABŞ prezidentinin olduğu hər hansı bir ABŞ Hərbi Hava Qüvvələri təyyarəsinin çağırış nişanıdır. Bu termin həmçinin prezidentlik donanmasının təyyarələrini təyin etmək üçün istifadə olunur. O, iki xüsusi təchiz edilmiş Boeing 747-200B (hərbi təyinatı VC-25A) təyyarəsindən ibarətdir ki, onların da Boeing 747-8i (VC-25B) laynerləri ilə əvəz edilməsi planlaşdırılır.
"Hərbi Hava Qüvvələri VC-25B, həmçinin yeni 747-8i və dörd [Boeing] C-32 təyyarəsini əhatə edəcək əlavə nümayəndəlik təyyarələri parkı üçün yeni rəng tələblərini (qırmızı, ağ və tünd göy) tətbiq edir," - Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib.
O, ilk C-32 təyyarəsinin artıq boyandığını və yaxın bir neçə ay ərzində Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyini dəqiqləşdirib.
“Fox News” qeyd edir ki, 60 ildən artıqdır ki, Air Force One ağ-mavi palitrada boyanırdı. Bu dizayn 1960-cı illərin əvvəllərində prezident Con Kennedinin dövründə təsdiqlənmişdi.
Almaz Həsənli






























.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)






















