Axios: Rusiya, Ukrayna və ABŞ-ın danışıqları, Mеdinskiyə görə "dalana dirənib"

Axios: Rusiya, Ukrayna və ABŞ-ın danışıqları, Mеdinskiyə görə "dalana dirənib"

11:20
Bəyəndim (3) Bəyənmədim (0)

Fevralın 17-də Cenevrədə keçirilən Rusiya, Ukrayna və ABŞ arasında növbəti danışıqlar zamanı, siyasi qrup " dalana dirənib ", lakin hərbi qrup "tərəqqi əldə etməyə davam edib". Oxuməni.az “Axios” nəşrinin mənbələrə istinadən xəbər verir.

Onların sözlərinə görə, bunun səbəbi Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Mеdinski tərəfindən irəli sürülən mövqedir.

Mənbələrdən biri bildirib ki, Rusiya nümayəndələri Ukrayna Prezidenti Vladimir Zelenskinin son dövrlərdəki ictimai çıxışlarından şikayətləniblər. Onların fikrincə, Zelenski ciddi danışıqlar aparmır, əksinə "gələcək seçkilər ərəfəsində ölkə daxilində populyarlığını artırmağa çalışır".

TASS-ın mənbəsi daha əvvəl bildirmişdi ki, təxminən altı saat davam edən danışıqlar zamanı "böyük mövzular və böyük güzəştlər" müzakirə olunub. Agentliklə söhbət edən şəxsin sözlərinə görə, danışıqlar "gərgin keçib". Görüşdən sonra Vladimir Mеdinski jurnalistlərin qarşısına çıxmayıb.

Tərəflər danışıqlara bu gün, fevralın 18-də davam etmək niyyətindədirlər.

Almaz Həsənli