Əgər İranla danışıqlar çıxılmaz vəziyyətə düşərsə, ABŞ hərbi güc tətbiq edə bilər

Əgər İranla danışıqlar çıxılmaz vəziyyətə düşərsə, ABŞ hərbi güc tətbiq edə bilər

10:00
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ vitse-prezidenti J.D. Vens bildirib ki, Tehranla danışıqlar çıxılmaz vəziyyətə düşərsə, Vaşinqton hərbi güc tətbiq etmək hüququnu özündə saxlayır.

"Düşünürəm ki, prezident Donald Trampın]bir çox variantı var. Bizim çox güclü ordumuz var. Prezident onlardan istifadə etməyə hazır olduğunu nümayiş etdirib. Onun həmçinin diqqətəlayiq diplomatik komandası var - və o, onlardan istifadə etməyə də hazır olduğunu nümayiş etdirib", - deyə siyasətçi Fox News-a verdiyi müsahibədə bildirib.

"Amma əlbəttə ki, prezident diplomatiyanın təbii sonuna çatdığına inandığını demək hüququnu özündə saxlayır. Ümid edirik ki, bu, baş verməyəcək, amma əgər baş verərsə, qərar prezidentdən asılı olacaq", - Vens yekunlaşdırıb.

Əziz MUSTAFA