Nüvə partlayışı: ABŞ Çinin mümkün nüvə sınağının yeni təfərrüatlarını açıqladı
Fevralın əvvəlində ABŞ Pekini 2020-ci ilin iyun ayında yeraltı nüvə sınağı keçirməkdə günahlandırdı. İndi isə yeni dəlillər bunun həqiqətən də baş verdiyini göstərir. Bu barədə Oxuməni.az Reuters-ə istinadən məlumat verib.
ABŞ Dövlət Katibinin köməkçisi Kristofer Yeo Hudson İnstitutunun beyin mərkəzində keçirilən tədbirdə Qazaxıstandakı ucqar bir seysmik stansiyanın 2,75 bal gücündə "partlayış" qeydə aldığını bildirib. Bu, 22 iyun 2020-ci ildə Çinin qərbindəki, ərazidən 720 kilometr aralıda yerləşən Lop Nor sınaq poliqonunda baş verib.
"O vaxtdan bəri əlavə məlumatları nəzərdən keçirdim. Bunun partlayışdan başqa bir şey olduğu qənaətinə gəlmək üçün demək olar ki, heç bir əsas yoxdur, tək bir partlayış", - deyə Yeo bildirib və məlumatların mina partlayışları ilə uyğunsuz olduğunu əlavə edib.
O, həmçinin partlayışların zəlzələ ilə tamamilə uyğunsuz olduğunu bildirib.
"Bu... nüvə partlayıcı qurğusunun sınaqdan keçirilməsindən gözlənilən şeydir", - deyə köməkçi katib əlavə edib.
Məlum olduğu kimi, Qazaxıstandakı PS23 seysmik stansiyası Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi üzrə Müqavilə Təşkilatı (CTBO) tərəfindən idarə olunan qlobal monitorinq sisteminin bir hissəsidir.
Təşkilatın icraçı katibi Robert Floyd verdiyi açıqlamada PS23 stansiyasının 22 iyun 2020-ci ildə 12 saniyə ara ilə "iki çox kiçik seysmik hadisə" aşkar etdiyini bildirib.
O, Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Təşkilatının (CTB) monitorinq sisteminin 551 ton (500 metrik ton) TNT və ya daha çox güc verən nüvə sınaq partlayışları ilə uyğun "hadisələri" aşkar etməyə qadir olduğunu söylədi.
Əziz MUSTAFA
















.jpg)
.jpg)
.jpg)



















.jpg)
.jpg)
.jpg)









































