Tacikistan Roqun SES-in tikintisi üçün 1 milyard dollar toplayacaq
Dövlət büdcəsindən ayrılan 10 milyard somoninin (1 milyard dollar) 8,2 milyard somonini Tacikistanın öz vəsaitləri təşkil edəcək. Bu barədə Tacikistanın maliyyə naziri Fayziddin Qahhorzoda mətbuat konfransında bildirib. O, beynəlxalq tərəfdaşların investisiyaları sayəsində maliyyələşdirmə həcminin arta biləcəyini qeyd edib.
"Tacikistan hökumətinin bu vəsaitləri almaq üçün yerinə yetirməli olduğu müəyyən şərtlər var idi. Bütün şərtlər yerinə yetirilib və Dünya Bankından 350 milyon dollarlıq ilk tranş maliyyələşdirilməyə başlayıb. Bu təşkilatdan əlavə 300 milyon dollar üçün danışıqlar uğurla başa çatıb. Bu resursların bu ilin ortalarında əldə ediləcəyi gözlənilir", - Qahhorzoda bildirib.
Natiq əlavə etdi ki, İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu, Küveyt İnkişaf Fondu və Asiya İnfrastruktur İnvestisiya Bankından ümumilikdə 850 milyon dollarlıq maliyyələşdirmənin cəlb edilməsi prosedurları da başa çatmaq üzrədir.
Roqun Su Elektrik Stansiyası (SES) Tacikistanda, Roqun şəhəri yaxınlığında, Vaxş çayı üzərində tikilməkdə olan su elektrik stansiyasıdır. Tikintisi başa çatdıqdan sonra 335 metr hündürlüyündə bənd dünyanın ən hündür bəndi, 3780 MVt gücündə stansiya isə Orta Asiyada ən böyük bənd olacaq. CASA-1000 layihəsi çərçivəsində Pakistana elektrik enerjisinin verilməsi planlaşdırılır.
Əziz Mustafa




















.jpg)
.jpg)
.jpg)


























































