Pxenyanda Kursk vilayətindəki döyüşlərdə həlak olmuş Şimali Koreya hərbçilərinin şərəfinə küçə açılıb

Pxenyanda Kursk vilayətindəki döyüşlərdə həlak olmuş Şimali Koreya hərbçilərinin şərəfinə küçə açılıb

13:35
Bəyəndim (2) Bəyənmədim (0)


Pxenyanda "xarici hərbi əməliyyatlarda iştirak etmiş qəhrəmanların" şərəfinə Səbol ("Yeni Ulduz") küçəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirilib. Oxuməni.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət agentliyi KCNA məlumat yayıb.
TASS-ın qeyd etdiyi kimi, söhbət Kursk vilayətindəki döyüşlərdə həlak olmuş KXDR hərbçilərindən gedir. Bununla belə, orijinal mətndə Rusiya bir dəfə də olsun qeyd olunmur.
KCNA yazır ki, Pxenyanda "xarici hərbi əməliyyatların qəhrəman döyüşçülərinin ulduzlar kimi parlaq, şücaətlərini əbədi olaraq gələcək nəsillərə ötürmək niyyətini əks etdirən möhtəşəm memarlıq kompleksi" ucaldılıb. Bu qəhrəmanlar "vətənimizin əbədi şərəfi və əbədi firavanlığı naminə heç bir tərəddüd etmədən həyatlarını qurban veriblər".
Mərasimdə Şimali Koreya lideri Kim Çen In iştirak edib – o, lent kəsib və küçənin açıldığını elan edib. Tədbirdə həmçinin Kursk vilayətində döyüşmüş digər rəsmilər, əsgərlər və həlak olmuş döyüşçülərin ailələri də iştirak edib. Ölkənin gələcək lideri kimi tanınan Kim Çen Inin qızı Kim Çju E də açılışa gəlib.
Yaşayış binalarından istifadə üçün icazələr döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin ailələrinə verilib.
Yanvar ayında Kim Çen In KXDR əsgərlərinin Ukraynaya qarşı döyüşlərdə həlak olmalarının xatirəsinə abidə ucaldılmasına razılıq verib. Abidə Pxenyandakı Xarici Hərbi Əməliyyatlar Döyüş Şücaətləri Xatirə Muzeyində ucaldılacaq və quraşdırılacaq.
Almaz Həsənli