Cenevrədə Ukrayna üzrə qarşıdan gələn danışıqların detalları açıqlanıb

Cenevrədə Ukrayna üzrə qarşıdan gələn danışıqların detalları açıqlanıb

13:06
Bəyəndim (3) Bəyənmədim (0)

Şənbə və bazar günləri, fevralın 17-dən 18-dək Cenevrədə Ukrayna üzrə keçiriləcək danışıqlarda İsveçrə tərəfi iştirak etməyəcək. Oxuməni.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.
Nəşrdə iddia edilir ki, "İsveçrə tərəflərin xahişi ilə ev sahibliyi etdiyi danışıqlarda iştirak etmir".
Agentliyin həmsöhbətinin məlumatına görə, Ukrayna üzrə danışıqlarla eyni vaxtda Cenevrədə İran üzrə məsləhətləşmələr keçiriləcək. Qeyd olunur ki, İran problemi üzrə danışıqlar Oman vasitəçilərinin iştirakı ilə keçiriləcək.
Fevralın 17-dən 18-dək Cenevrədə Rusiya və Ukrayna arasında danışıqların yeni raundu keçiriləcək. Enerji atəşkəsinin əsas mövzulardan biri kimi müzakirə olunacağı qeyd edilir. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Almaz Həsənli