Sülh Şurası ölkələri Qəzzanın yenidən qurulması üçün 5 milyard dollar ayıracaq
Sülh Şurasına üzv ölkələr 19 fevralda keçiriləcək ilk iclasında Qəzza zolağının yenidən qurulması üçün 5 milyard dollardan çox vəsait ayrıldığını elan edəcəklər. Oxuməni.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bunu Truth Social-da açıqlayıb.
Onun sözlərinə görə, 19 fevralda Vaşinqton Sülh İnstitutunda keçiriləcək Sülh Şurasının ilk iclasında üzv ölkələr "Qəzzada yenidənqurma səyləri və humanitar yardım üçün 5 milyard dollardan çox vəsait ayrıldığını elan edəcəklər". Bundan əlavə, Ağ Evin məlumatına görə, Sülh Şurasına üzv dövlətlər Fələstin anklavında "sülh və təhlükəsizliyi qorumaq" üçün "minlərlə əsgər yerləşdirməyə hazırdırlar".
Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılan Sülh Şurasının Nizamnaməsini 19 ölkənin nümayəndələri imzaladılar. Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu açıqladı. Sülh Şurası İsrail və radikal Fələstin HƏMAS hərəkatı arasında Qəzzanı idarə etmək üçün əldə edilən razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdəki münaqişələrin qarşısını almaq və həll etmək üçün də çalışacağı gözlənilir.
Əziz Mustafa

































































.jpg)
.jpg)
.jpg)











