Qazaxıstan konstitusiya referendumuna 42,3 milyon dollar xərcləyəcək
Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Mixail Bortnikin sözlərinə görə, Qazaxıstanda yeni Konstitusiyanın qəbul edilməsi üçün referendumun keçirilməsi xərclərinin ilkin hesablamaları 20,8 milyard tenge (42,3 milyon dollar) təşkil edir. Bu barədə Vlast.kz məlumat yayıb.
"Vurğulamaq istərdim ki, bu vəsait 2026-cı il milli büdcəsinə daxil deyil, ona görə də vəsait hökumətin ehtiyatından ayrılacaq", - deyə o bildirib.
Onun sözlərinə görə, məbləğin 75%-i məntəqə komissiyası üzvlərinin maaşlarını ödəmək üçün lazımdır. Lakin tələb olunan dəqiq məbləğ hökumətin qərarı ilə müəyyən ediləcək.
Yeni Konstitusiyanın qəbul edilməsi üçün referendum 15 mart 2026-cı ildə keçiriləcək. Mərkəzi Seçki Komissiyasının təqviminə əsasən, kampaniya üç gün davam edəcək. 14 mart sükut günüdür. 15 mart səsvermə günüdür. Səsvermənin nəticələri rəsmi olaraq martın 21-dən gec olmayaraq dərc olunacaq.
Əziz MUSTAFA





















.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)
























