The Atlantic: Ukrayna bəlkə də Donbası Rusiya Federasiyasına güzəştə gedə bilər
Ukrayna hakimiyyəti, ehtimal ki, Donetsk vilayətinin şərq hissəsindəki ərazilərə nəzarətdən Rusiyanın xeyrinə imtina etməyə hazırdır. Oxuməni.az-ın məlumatına görə, bu barədə cümə axşamı Amerika jurnalı “The Atlantic”-in jurnalisti Saymon Şuster Ukrayna Prezidenti Vladimir Zelenskinin iki müşavirinə istinadən bildirib. O, bu mümkün addımı Kiyevin Moskva ilə danışıqlarda "ən ağır güzəşti" adlandırıb.
"Belə bir kompromisi qanuniləşdirmək üçün onlar bu yaz sülh planı üzrə referendum keçirməyi nəzərdən keçirirdilər ki, bu da ukraynalılara ərazi itkisini nəzərdə tutan razılaşmaya səs verməyə imkan verəcək", - nəşrdə deyilir.
Şusterin məlumatına görə, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Zelenskinin köməkçiləri ilə Ukraynanın Donetsk vilayətinin bəzi rayonlarından qoşunları çıxarmaq üçün yerinə yetirməli olduğu hüquqi və praktiki şərtlər barədə uzun müzakirələr aparıb, eyni zamanda Rusiya ordusunun bu ərazini ələ keçirməsinə imkan verməyib.
Ukraynalı məmurlardan biri jurnalistə deyib: "Onlar həqiqətən də yaradıcılıq nümayiş etdirir, insanların bunu qəbul etməsi üçün yollar axtarırlar".
Bundan əlavə, məqalə müəllifinin qeyd etdiyi kimi, Ukrayna Rusiya Prezidenti Vladimir Putinin və Rusiya hərbi rəhbərliyinin Ukraynadakı hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı əvvəlki tələblərindən "praktiki olaraq imtina edib".
Almaz Həsənli





















.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)
























