Yekaterinburqda andlılar məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskini qətldə təqsirli bildi
Yekaterinburqda andlılar məhkəməsi Azərbaycan diasporunun nümayəndələrinin işi üzrə ittiham hökmü çıxarıb. Məhkəmə kürsüsündə, o cümlədən onun keçmiş rəhbəri Şahin Şıxlınski olub. Oxuməni.az-ın “RBK”ya istinadla məlumatına görə, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin teleqram kanalı məlumat yayıb.
Azərbaycanlı sahibkarların qətli və qəsdən adam öldürmə cəhdi işinə şəhərin Kirov rayon məhkəməsi baxır. Məhkəmə kürsüsündə yeddi təqsirləndirilən şəxs var: Şucəddin Rəcəbov, Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovlar, həmçinin Şıxlınski.
Andlılar məhkəməsi Bəkir Səfərov istisna olmaqla, hamısını təqsirli bildi. Onların fikrincə, Bəkir Səfərov mərhəmətə layiqdir. Növbəti məhkəmə iclası fevralın 12-də keçiriləcək.
Ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçiriblər. Əməliyyat zamanı zorakılıq tətbiq edilib və nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən ölüblər. Digər Səfərov qardaşları məhkəmə qərarı ilə həbs ediliblər. Onlar 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdə ittiham olunurlar.
Daha sonra Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şıxlınski və onun oğlu həbs olunub.
Azərbaycanlıların saxlanılması Moskva və Bakı arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
Almaz Həsənli

























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















