Qırğızıstan Parlamentinin sədri istefa verib
Joqorku Keneşin (Ali Şura) sədri Nurlanbek Turqunbek uulu istefa verib. Bu barədə Parlament aparatından TASS-a bildiriblər.
Mənbə bildirib ki, "Nurlanbek Turqunbek uulu istefa verib. Bu məsələyə növbəti iclasda baxılacaq".
Spikerin sözlərinə görə, bu, onun şəxsi qərarıdır və "heç kim ona təzyiq göstərməyib". O, ölkənin sabitliyə ehtiyacı olduğunu və Qırğızıstan prezidenti Sadir Japarovun başlatdığı bütün islahatların başa çatdırılmalı olduğunu vurğulayıb.
Fevralın 10-da Qırğızıstan prezidenti Sadır Japarov uzun müddətdir siyasi müttəfiqi olan Kamçıbek Taşiyevi baş nazirin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTXK) rəhbəri vəzifəsindən azad etdi və eyni zamanda həmin qurumdakı üç müavinini də vəzifəsindən azad etdi. Bundan əlavə, prezident Sərhəd Xidmətini DTXK-dən çıxardı və ölkənin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyini təmin etməkdən məsul olacaq Dövlət Mühafizə Xidmətini (DMX) yaratdı.
Qırğızıstanlı ekspertlərin əksəriyyəti hesab edir ki, Taşiyevin istefası ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqəli ola bilər.
Əziz MUSTAFA
























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)






















