Peskov: Moskva Bakı və İrəvanla qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək niyyətindədir
Rusiya Azərbaycan və Ermənistanla bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq edir və Moskva bu münasibətləri gələcəkdə də inkişaf etdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın vitse-prezidenti Cey.Di. Vensin Cənubi Qafqaza səfəri və genişmiqyaslı birgə layihələrin həyata keçirilməsi planları ilə bağlı açıqlamaları şərh edərkən bildirib.
Kremlin sözçüsü qeyd edib: “Həm Bakı, həm də İrəvanla bütün mümkün sahələri əhatə edən geniş ikitərəfli münasibətlərimiz var. Buraya qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlıq, qarşılıqlı investisiya və mədəni əlaqələr daxildir”.
Onun sözlərinə görə, Moskva tərəfdaşları ilə əməkdaşlığı daha da gücləndirmək niyyətindədir: “Əlbəttə, tərəfdaşlarımızla bu münasibətləri təkcə bizim üçün deyil, həm də onlar üçün faydalı nəticə verəcək şəkildə inkişaf etdirmək niyyətindəyik”.
Peskov, həmçinin vurğulayıb ki, Azərbaycan və Ermənistan suveren dövlətlərdir və xarici siyasətlərini müstəqil şəkildə müəyyən etmək hüququna malikdirlər. “Bunlar suveren dövlətlərdir və onların müxtəlif dövlətlərlə münasibətlərini qurmaq üçün suveren hüquqları var”, - deyə o bildirib.
Oxuməni.az





























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)

















