NYT: ABŞ HƏMAS qruplaşmasının mərhələli şəkildə silahsızlandırılmasını təklif edəcək
ABŞ HƏMAS-a müəyyən sayda atıcı silahları saxlamağa icazə verəcək, lakin Fələstin hərəkatı uzaq mənzilli silahların böyük hissəsindən imtina etməlidir. Bu barədə Oxuməni.az “The New York Times”-a istinadən məlumat verir.
Məlumatlara görə, ABŞ İsrailə zərbə endirə biləcək bütün silahların təhvil verilməsini tələb edir, lakin ən azı ilkin mərhələdə HƏMAS-a müəyyən sayda atıcı silahların saxlanmasına icazə verəcək – bu, ABŞ prezidenti Donald Tramp tərəfindən təşəbbüs göstərilən Sülh Şurasının üzvləri tərəfindən hazırlanmış plan layihəsinə əsaslanır.
Qeyd olunur ki, Cared Kuşner və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun daxil olduğu ABŞ rəhbərliyindəki komanda sənədi bir neçə həftə ərzində HƏMAS-a təqdim etməyi planlaşdırır.
Eyni zamanda qəzet vurğulayır ki, hələlik HƏMAS-ın silahlarının kim tərəfindən nəzarət altına alınacağı və bu prosesin necə həyata keçiriləcəyi aydın deyil.
2025-ci ilin oktyabrın 9-u gecəsi Tramp bildirib ki, İsrail hakimiyyəti və HƏMAS Qəzza sektorundakı münaqişənin həlli üçün Vaşinqtonun təklif etdiyi planın birinci mərhələsində razılığa gəliblər. İsrail girovlarının azad edilməsi qarşılığında fələstinli məhbusların buraxılması və İsrail hərbçilərinin qismən çıxarılması planın ilk mərhələsini təşkil edir.
Noyabrda BMT Təhlükəsizlik Şurası ABŞ planını dəstəkləyən və HƏMAS-ın silahsızlandırılması ilə İsrail qoşunlarının Qəzza sektorundan çıxarılmasını nəzərdə tutan ikinci mərhələnin irəlilədilməsini təsdiqləyən qətnamə qəbul edib.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)



















