Ermənistanda 40 min dollara orduda xidmət etməməyə icazə verildi
Ermənistan vətəndaşları 27-37 yaşlarında könüllü olaraq vətənə qayıtmaq və təklif olunan beş variantdan birini seçməklə cinayət məsuliyyətindən azad oluna biləcəklər.
Oxuməni.az-ın “News.am”a istinadən verdiyi məlumata görə, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna müvafiq dəyişikliklər parlament tərəfindən fevralın 11-də qəbul edilib.
Birinci variant 24 ay xidmət etməyə, ikinci variant bir il altı ay xidmət etməyə və büdcəyə 2,5 milyon dram (6657 ABŞ dolları) ödəməyə, üçüncü variant altı ay xidmət etməyə və 5 milyon dram (13315 ABŞ dolları) ödəməyə, dördüncü variant bir ay xidmət etməyə və 10 milyon dram (26630 ABŞ dolları) ödəməyə, beşinci variant isə büdcəyə 15 milyon dram (39,4 min ABŞ dolları) ödəməyə və heç xidmət etməməyə imkan verir.
Faktiki olaraq, təsdiq edilmiş dəyişikliklər dövlət kompensasiyası mexanizmi vasitəsilə məcburi xidmətdən qanuni azad olunma imkanını təsbit edir.
Almaz Həsənli























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)























