Ukrayna 15 maya qədər prezident seçkiləri və referendum keçirməyi planlaşdırır

Ukrayna 15 maya qədər prezident seçkiləri və referendum keçirməyi planlaşdırır

16:17
Bəyəndim (1) Bəyənmədim (0)

Financial Times (FT) mənbələrə istinadən xəbər verir ki, ABŞ Ukraynadan 15 maya qədər prezident seçkiləri və Rusiya ilə "istənilən sülh müqaviləsi" üzrə referendum keçirməyi tələb edib.

Mənbələrə görə, Ukrayna hakimiyyəti artıq səsvermə üçün hazırlıqlara başlayıb. Əgər səsvermə vaxtında keçirilməsə, Kiyev Vaşinqtonun təklif etdiyi təhlükəsizlik zəmanətlərini itirmək riski ilə üzləşir.

Ukrayna və Qərb rəsmilərinin sözlərinə görə, Ukrayna yazda Rusiya-Ukrayna sülh danışıqlarını başa çatdırmağa çalışan "Ağ Evin güclü təzyiqi fonunda" buna razılıq verib. FT-nin məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hərbi əməliyyatının başlamasının dördüncü ildönümündə, 24 fevralda seçkilər və referendum elan edə bilər. Ona yaxın mənbələrin məlumatına görə, Kiyev ABŞ administrasiyasına "seçkilərin müharibə şəraitində keçirilməsinin logistik çətinliklərinə baxmayaraq" səsvermə üçün "son dərəcə qısa bir müddətə" hazır olduğunu açıq şəkildə bildirib.

Adı çəkilməyən Qərb rəsmisi bildirib ki, "Ukraynalılar bütün bunların Zelenskinin yenidən seçilməsi ilə əlaqəli olduğuna inanırlar".

Ukraynada son prezident seçkiləri 2019-cu ildə olub. Yeni səsvermə 2024-cü ilin martına planlaşdırılırdı, lakin ölkədə davam edən hərbi vəziyyət səbəbindən qeyri-müəyyən müddətə təxirə salındı. 2025-ci ilin dekabrında Volodimir Zelenski ABŞ və Avropa səsvermənin təhlükəsizliyini təmin etməyə kömək edərsə, seçkiləri növbəti 60-90 gün ərzində keçirməyə hazır olduğunu bildirib.
Əziz MUSTAFA