ABŞ İran neft tankerlərini ələ keçirməyi planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası Tehrana təzyiqi artırmaq üçün İran neft tankerlərini ələ keçirə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb. Onların sözlərinə görə, ABŞ bununla İranı nüvə proqramı üzrə razılaşma əldə etməyə sövq etmək istəyir.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Amerika hakimiyyəti hələlik belə bir addım atmaqdan çəkinir. ABŞ neft qiymətlərinin artmasından və İranın cavab reaksiyasından ehtiyat edir. Ağ Ev rəsmiləri WSJ ilə söhbətində bildiriblər ki, Amerika prezidentinin İranla danışıqlar uğursuz olarsa, bir neçə hərəkət variantı var.
İran və ABŞ arasında nüvə proqramı üzrə Omanın vasitəçiliyi ilə danışıqlar fevralın 6-da Maskatda keçirilib. Tehranın əsas prioriteti sanksiyaların ləğvi və ya yumşaldılması məsələləri olub. İranın xarici işlər naziri Abbas Araqçi görüşü müsbət qiymətləndirib. Donald Tramp bildirib ki, İran nüvə proqramı üzrə razılaşma əldə etməyi "çox istəyir", lakin ABŞ bu məsələdə tələsmir.
Almaz Həsənli






















.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)

























