AB Ukrayna və Moldova vətəndaşları üçün sığınacaq tələblərini sərtləşdirib
Avropa Parlamenti digər ölkələrin vətəndaşları üçün sığınacaq müraciətlərinin baxılması şərtlərini sərtləşdirib. AP verdiyi açıqlamada "təhlükəsiz mənşə ölkələri" və AB-yə üzvlüyə namizəd ölkələr kimi təsnif edilən ölkələr üçün yeni qaydaları açıqlayıb. Sonuncular arasında Ukrayna və Moldova da var.
Avropa Parlamenti təhlükəsiz mənşə ölkələrinin ümumavropa siyahısının yaradılmasını təsdiqləyib. Yeni qaydalara əsasən, siyahıdakı ölkələrin vətəndaşları statuslarına etiraz etməlidirlər. Onlar öz ölkələrinə qaytarıldıqları təqdirdə təqib və digər risklərlə üzləşəcəklərinə dair sübutlar təqdim etməlidirlər. AP mətbuat xidmətinin məlumatına görə, bu, Banqladeş, Kolumbiya, Misir, Kosovo, Hindistan, Mərakeş və Tunis vətəndaşları üçün sığınacaq müraciətlərinin baxılmasını sürətləndirməyə kömək edəcək.
AB-yə üzvlüyə namizəd ölkələr də təhlükəsiz mənşə ölkələri hesab ediləcək. Lakin onlar üçün istisnalar mövcuddur: "silahlı münaqişə kontekstində zorakılıq, əgər bu ölkələrin vətəndaşlarına AB səviyyəsində 20%-dən yuxarı tanınma nisbəti ilə qaçqın statusu verilərsə və ya fundamental azadlıqları və hüquqları pozan hərəkətlərə görə iqtisadi sanksiyalar tətbiq olunarsa". Ukrayna və Moldova bloka üzvlüyə namizəd ölkələrdir, ona görə də bu qaydalar onlara da şamil olunur.
Dekabrın əvvəlində Aİ ədliyyə və daxili işlər nazirləri immiqrasiya qaydalarını sərtləşdirən tədbirlər paketini təsdiqlədilər. Bu tədbirlər əcnəbilərin deportasiyasını asanlaşdıracaq və sığınacaq axtaranların rədd edilməsini sürətləndirəcək. Tədbirlərə təhlükəsiz mənşə ölkələrinin siyahısı, "qaytarılma mərkəzləri" və Aİ xaricindəki sığınacaq emalı mərkəzləri daxildir. Qəbul edilmiş qaydalar 2020-ci ildən bəri müzakirə olunur və 2026-cı ilin iyun ayında qüvvəyə minəcək.
Əziz Mustafa



























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)



















