Qırğızıstanda 2025-ci ildə 746 yeniyetmə itkin düşüb, 101 yeniyetmə intihar edib
Daxili İşlər Nazirinin müavini Oktyabr Urmambetov Təhsil Nazirliyinin iclasında bildirib ki, 2025-ci ildə 746 yeniyetmə itkin düşüb və axtarışa verilib. Bu barədə Oxuməni.az yerli mətbuata istinadən xəbər verib.
Oktyabr Urmambetovun sözlərinə görə, onlardan 713-ü tapılıb, 33-ü isə hələ də axtarılır. Hələ də axtarılan 33 yeniyetmədən 15-i qız, 18-i isə oğlandır.
Daxili İşlər Nazirinin müavini həmçinin bildirib ki, Qırğızıstanda 2025-ci ildə 101 yeniyetmə intihar edib. Onun sözlərinə görə, 2024-cü ildə bu rəqəm 87 olub.
Nazir müavini əlavə edib ki, "101 yeniyetmədən 85-i məktəbli, 11-i tələbə, daha 5-i isə heç yerdə oxumur".
Əziz MUSTAFA
Digər xəbərlər
























.jpg)
.jpg)
.jpg)























































