ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi təyyarə Türkmənistana eniş edib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A Globemaster III və MC-130 Super Hercules hərbi nəqliyyat təyyarələri Türkmənistanın açıqlanmayan bir ərazisinə eniş edb. Bu barədə 9 fevralda Free Iran Telegram kanalı FlightRadar24 açıq uçuş monitorinq platformasına istinadən məlumat verib. Dəqiq eniş yeri açıqlanmayıb.
Qeyd edilib ki, MC-130 Super Hercules təyyarəsi aşağıdakı məqsədlər üçün istifadə edildiyi üçün xüsusi diqqət çəkir:
• xüsusi təyinatlıların daşınması,
• gizli və gecə əməliyyatları,
• vertolyotların uçuş zamanı yanacaq doldurulması və təchizatı,
• qeyri-standart uçuş və enişlərin həyata keçirilməsi.
Kanalın müəllifləri yazır ki, "Türkmənistan paytaxtının Tehrandan quru yolu ilə təxminən 800 km, hava yolu ilə isə təxminən 480 km məsafədə yerləşməsi bu eniş üçün əlavə strateji əhəmiyyət kəsb edir. Hazırkı vəziyyəti nəzərə alsaq, bu epizod ABŞ-ın İran yaxınlığında genişlənən hərbi mövcudluğunun daha bir siqnalı kimi qəbul edilir".
Əziz MUSTAFA






















.jpg)
.jpg)
.jpg)

























































